İstirahət günlərində 52 min sərnişin daşınıb – RƏSMİ

İstirahət günlərində 52 min sərnişin daşınıb – RƏSMİ

Hazırda oxunan: İstirahət günlərində 52 min sərnişin daşınıb – RƏSMİ

220655

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7–13 noyabr tarixlərində gücləndirilmiş iş rejimində çalışıb.

Bizim.Media Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, ümumilikdə istirahət günlərində 1780 reys həyata keçirilib, 52000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırsa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın kassalarından, eləcə də //biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Qeyd edilən tarixlərdə 16850 onlayn bilet alınıb. Bu da ümumi bilet satışın 32 faizini təşkil edir. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO