Xankəndi tikiş fabrikində BU MƏHSULLAR istehsal edilir

Xankəndi tikiş fabrikində BU MƏHSULLAR istehsal edilir

Hazırda oxunan: Xankəndi tikiş fabrikində BU MƏHSULLAR istehsal edilir

220632

Xankəndi şəhərində tikiş fabriki inşa edilib. Ötən gün Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə fabrikin videobağlantı vasitəsilə açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir.

Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək.
 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin kommunikasiya məsələləri üzrə əməkdaşı Tural Qurbanov modern.az-a açıqlamasında bildirib ki, hazırda fabrikdə 250-ə qədər işçi çalışır, onların da əksəriyyəti Qarabağa geri qayıtmış keçmiş məcburi köçkünlərdir:


“Gələcəkdə işçi sayı 800 nəfərə qədər artacağı gözlənilir. Əsas məhsullar isə qısaqol və düyməli köynəklərdir ki, onların da hər biri xarici bazar üçün nəzərdə tutulub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO