Buz maskası həm təsiri, həm də istifadə rahatlığı baxımından dəri maskaları sırasında birinci yerlərdədir. Suyun canlılıq qazandırma xüsusiyyətinə sahib olan buz maskasının nəticələri çox qısa zamanda görünür. Belə ki, yorğun olduğunuz günlərdə dərinizə canlı bir görünüş qazandırmaq üçün dərhal buz maskası istifadə edə bilərsiniz. Hər cür dəri tipi üçün əminliklə istifadə edə biləcəyiniz buz maskasının maddi xərcləri də yoxdur.
Bizim.Media buz maskası və qarışımlarının dəriyə faydaları barədə məsləhətləri diqqətinizə çatdırır.
1. Dəridəki günəş ləkələrini aparır.
2. Sızanaq və səpkiləri azaldır. Dəriyə hamar bir görünüş verir.
3. Göz altı ləkələrin çəkilməsinə kömək edir.
4. Dəriyə sıx və elastik bir görünüş qazandırır, sallanmasının qarşısını alır.
5. Buzun içərisindəki minerallar dərinin daha canlı görünməsini təmin edir. Dərini gəncləşdirir.
6. Gündə iki dəfə buz qəlibləri ilə dərini masaj etmək ona təzəlik və canlılıq qazandırır.
7. Buz təbii tonal olaraq istifadə edilir. Böyük gözənəklər, qara nöqtə və sızanaq kimi dəri problemlərinin aradan qaldırılmasında təsirlidir. Bunun üçün makiyaj etməzdən əvvəl buz küpləri ilə dərini masaj etmək kifayətdir.
8. Makiyaj etməzdən əvvəl buzla dərini masaj etmək tonal kremin daha hamar görünməsini təmin edir. Həmçinin makiyajınız daha uzun müddət təzə kimi görünür.
9. Buz masajı qırışları azaldır və yenilərin yaranmasının qarşısını alır. Qocalma izlərini gecikdirir.
Əgər göz ətrafınızda qırışları azaltmaq istəyirsinizsə, buzları soyuducudan çıxarıb dərhal istifadə etməyin. Çünki bu, göz ətrafındakı damarların çatlamasına səbəb ola bilər. Buna görə buzu soyuducudan çıxardıqdan sonra bir müddət gözləyin və ilk soyuğu keçdikdən sonra istifadə edin.
10. Nəmləndirici istifadə etdikdən sonra buz masajı etmək, dərinin sürətli şəkildə canlanmasına rəvac verir.
11. Gözaltı torbaları aparır. Əgər yorğunluğunuz gözlərinizdən bəlli olursa, buz qəlibinin içinə yaşıl çay və ya limon qoyun və dondurun. Hazırladığınız yaşıl çaylı və limonlu buz qəliblərini yavaşca göz altında gəzdirin. Bu, qan dövranınızı sürətləndirəcək.
12. Dəridəki qırmızı ləkələri və sızanaq izlərini azaldır.
13. Qaşlarınızı alarkən çox ağrıyırsa, əvvəldən həmin yerə buz sürtün. Eyni hal epilyasiya zamanı da keçərlidir.
14. Buz küpləri eyni zamanda təbii makiyaj siləndir. Üstəlik bu proses zamanı dərinizə heç bir zərər verməz.
Buz maskası reseptləri
1. Limonlu buz maskası: İçinə bir az təzə limon sıxılmış su buz qəliblərində dondurulur. Hazırlanan buz küpləri dəriyə sürtülür.
2. Mineral sulu buz maskası: 1 şüşə mineral suyu buz qəliblərinə töküb dondurulun. İstəsəniz, suyun içinə bir az təzə sıxılmış limon suyu da qata bilərsiniz. Donandan sonra yavaş və dairəvi hərəkətlərlə cilddə gəzdirin.
3. Xiyarlı buz maskası: 2 ədəd xiyarı püre halına gətirin və 1 fincan limon suyu ilə qarışdırın. Hazırladığınız qarışımı buz qəliblərində dondurduqdan sonra dairəvi hərəkətlərlə dərinizdə gəzdirin. Bu maska ilə çox qısa zamanda parıltılı dəriyə sahib olmağınız mümkündür.
4. Gül sulu buz maskası: Təbii gül suyunu buz qəliblərinə tökün və 2 günə qədər buzluqda dondurun. Sonra göz ətrafınıza və dərinizə rahatlıqla vura bilərsiniz. Gül suyu dərinizdə tonal təsiri yaradacaq və göz ətrafınızı canlandıracaq.
Göz ətrafı üçün xüsusi buz maskası: 1 çay qaşığı təzə qaymaq ilə 1 limonun suyunu qarışdırın. Hazırladığınız qarışımı 20 dəqiqə boyunca dərinizdə saxlayın. Vaxt bitdikdə maskanı dərinizdən südlə təmizləyin. Digər yandan yaşıl çayla hazırladığınız buz küpləri ilə göz ətrafınızı 5 dəqiqə boyunca kompres edin. Sonda isə barmaq uclarınıza bir neçə damcı zeytun yağı sürtün və göz ətrafını masaj edin. Bunu göz qapağındakı çökmələri aparmaq üçün bir ay boyunca hər gecə istifadə edə bilərsiniz.
Evdə ən sadə pilinq hazırlama yolu
Hər gün istifadə etdiyiniz nəmləndirici kremi üzünüzə və boynunuza hər zaman olduğundan bir az çox sürtün. Buzu kremli dərinizin üzərində əriyənə qədər yavaşca gəzdirin. Sonra kremi üzünüzdən təmizləmək üçün onu ilıq su ilə yuyun.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:30 / 23.05.2021
Bu maska ilə dərinizə canlı görünüş qazandırın
Hazırda oxunan: Bu maska ilə dərinizə canlı görünüş qazandırın
Hazırda oxunan: Bu maska ilə dərinizə canlı görünüş qazandırın
22061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.