COP29-un 2-ci günündə Nəqliyyat Mübadiləsi Mərkəzlərindən neçə min sərnişin DAŞINIB?

COP29-un 2-ci günündə Nəqliyyat Mübadiləsi Mərkəzlərindən neçə min sərnişin DAŞINIB?

Hazırda oxunan: COP29-un 2-ci günündə Nəqliyyat Mübadiləsi Mərkəzlərindən neçə min sərnişin DAŞINIB?

220504

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə 18 Nəqliyyat Mübadiləsi Mərkəzindən edilən 4 200-dən çox səfər nəticəsində ümumilikdə 45 minə yaxın sərnişin getdiyi ünvana çatdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
 

Bildirilib ki, bu sərnişindaşıma əməliyyatlarında Agentliyin 350 əməkdaşı iştirak edib.


Məlumata görə, Nəqliyyat vasitələrini düzgün yönləndirilməsi sayəsində sərnişinlərin rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportundan H1 ekspres avtobusu ilə “28 May” və H2 ekspres avtobusu ilə “Əhmədli” metro stansiyalarına çatdırılması həyata keçirilib.

Qeyd edək ki, tədbirin ilk günündə sərnişinlərin şəhər nəqliyyatından rahat və səmərəli istifadəsi üçün təşkil edilmiş 18 HUB-dan etibarlı nəqliyyat əlaqəsi təmin edilərək ümumilikdə 35 min sərnişin daşınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO