Gəncədə çayda kişi meyiti aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə çayının şəhər ərazisindən keçən hissəsində, 57 saylı ATS-in yaxınlığında, 1962-ci il təvəllüdlü İkram Adil oğlu Bayramovin meyiti çayın kənarında tapılıb.
Üzərində xəsarətlər olan orta yaşlı kişinin ehtiyatsızlıqdan hündürlük ərazidən çaya düşdüyü ehtimal edilir.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu