Ötən gün Göyçayda suda batan şəxsin meyiti tapılıb.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, Yuxarı Şirvan kanalında batan 37 yaşlı, Ağdaş rayon sakini İlkin Seyidovun cansız bədəni Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən batdığı ehtimal olan ərazidə aşkar edilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.
Hadisənin dəqiq baş vermə səbəbi araşdırmaların sonunda bəlli olacaq.
Qeyd edək ki, İ.Seyidov Göyçayda çoban işləyib. O ailəli idi.
Bizim.Media, Aran bürosu