Azərbaycan mirvari idxalını artırıb

Azərbaycan mirvari idxalını artırıb

Hazırda oxunan: Azərbaycan mirvari idxalını artırıb

22043

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 7,645 milyon ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr idxal edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,794 milyon ABŞ dolları (57,6 %) çoxdur.

Dörd ay ərzində Azərbaycanın təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr ixracının dəyəri isə 65,714 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 21,372 milyon ABŞ dolları (48,2 %) çoxdur.

Hesabat dövründə təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr üzrə idxal Azərbaycanın ümumi idxalının 0,22 %-ni, ixracın isə 1,03 %-ni təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO