ABŞ-ın nümayəndə heyəti Pənahəli xanın sarayında - FOTO

ABŞ-ın nümayəndə heyəti Pənahəli xanın sarayında - FOTO

Hazırda oxunan: ABŞ-ın nümayəndə heyəti Pənahəli xanın sarayında - FOTO

22022

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistan işğalından azad edilən Ağdam şəhərinə səfəri davam edir.

Bizim.Media report-a istinadən xəbər verir xəbər verir ki, nümayəndə heyəti Ağdamda Pənahəli xanın sarayına baş çəkiblər.

Onlar sarayın həyətində olan və ermənilər tərəfindən dağıdılan qəbirlərə baxış keçiriblər. Burada mərkəzin təmsilçilərinə ermənilərin törətdikləri vandalizm aktları barədə məlumat verilib. Qeyd edilib ki, işğal dövründə ermənilər bu qədim tarixi abidədə donuz saxlayıblar.

***

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Nümayəndə heyətinin ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olması nəzərdə tutulur.

Tərkibində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, Michaell Repass, Rocet Kangas və Uermey Cohen olan nümayəndi heyəti Ağdam məscidini ziyarət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO