Siyəzən şəhərində 11 yaşlı uşaq dəm qazından zəhərlənərək ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Siyəzən şəhərindəki Heydər Əliyev 43 ünvanındakı 8 saylı mənzildə baş verib.
11 yaşlı oğlan uşağının meyiti evin hamam otağında tapılıb. Hüquq-mühafizə orqanlarının ehtimalına görə, azyaşlı çimərkən dəm qazından boğularaq ölüb.
Mərhumun meyiti tibbi ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.
11 yaşlı məktəblinin ölüm səbəbini Siyəzən rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- A-
- A
- A+
Cəmiyyət
23:34 / 08.11.2024
Siyəzəndə 11 yaşlı məktəbli dəm qazından zəhərlənib - ÖZƏL
Hazırda oxunan: Siyəzəndə 11 yaşlı məktəbli dəm qazından zəhərlənib - ÖZƏL
Hazırda oxunan: Siyəzəndə 11 yaşlı məktəbli dəm qazından zəhərlənib - ÖZƏL
219864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.