UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə hansı şəhərlərimiz DAXİLDİR? - FOTO

UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə hansı şəhərlərimiz DAXİLDİR? - FOTO

Hazırda oxunan: UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə hansı şəhərlərimiz DAXİLDİR? - FOTO

219829

Şəkidə Dünya Şəhərlər Günü münasibətilə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa təşkil edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə baş tutan masada iştirakçılara UNESCO-nun Yaradıcı Sənayelər Şəbəkəsinin tarixi, əhəmiyyəti və məqsədləri haqqında qısa məlumat verilib, şəhərlərin sosial-iqtisadi inkişafına olan təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.
 

Sonra Yaradıcı Şəhərlər Şəbəkəsində yer alan Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təqdimatlar olub, Şəbəkəyə üzvlük dövründə görülən işlərdən danışılıb. Qeyd olunub ki, şəhərlərimiz bu çərçivədə bir sıra layihələr həyata keçirib, yerli və beynəlxalq səviyyədə yaradıcılığı təşviq edən tədbirlər təşkil edib.


Müzakirələr zamanı şəbəkədə şəhərlərimizin daha aktiv fəaliyyətinin təşkili məqsədilə koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi, dünyanın müxtəlif ölkələrində keçirilən alt-şəbəkə görüşlərində, eyni zamanda 2025-ci ildə Meksikanın Keretaro şəhərində baş tutacaq Yaradıcı Şəhərlər Şəbəkəsinin illik konfransında iştirak və Şəbəkəyə üzv olan digər şəhərlərlə əməkdaşlığa dair təkliflər səslənib.

Bildirilib ki, Azərbaycanın digər şəhərlərinin də Şəbəkəyə daxil edilməsi üçün müvafiq namizədliklərin UNESCO Katibliyinə təqdim olunması istiqamətində işlər aparılır.

Xatırladaq ki, Azərbaycanın Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən, Bakı şəhəri “dizayn” tematikası üzrə 2019-cu ildən, Lənkəran şəhəri isə “qastronomiya” tematikası üzrə 2021-ci ildən UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO