“Vikipediya”da Cəbrayıl haqqında özbək dilində bölmə yaradılıb

“Vikipediya”da Cəbrayıl haqqında özbək dilində bölmə yaradılıb

Hazırda oxunan: “Vikipediya”da Cəbrayıl haqqında özbək dilində bölmə yaradılıb

2197

Bizim.Media xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə istifadəyə verilən bu bölmə “Jabrayil tumani” adlanır.

Bölmədə bu bölgənin Cəbrayıl şəhəri, 4 qəsəbə, 92 kənddən ibarət, ölkədə ən böyük ərazisi olan inzibati rayon olduğu qeyd olunub.

Bildirilir ki, Cəbrayıl olduqca qədim tarixə malikdir və buradakı abidələr, qəsrlər, dini ibadətgahlar, habelə aşkar olunan qəbirlər, kurqanlar bu faktı bir daha təsdiq edir.

Bölmədə Cəbrayılın 1993-cü il avqustun 23-də Ermənistan ordusu tərəfindən işğal edildiyi və 2020–ci il oktyabrın 4-də rayonun mərkəzi və bir sıra kəndlərinin Azərbaycan ordusu tərəfindən azad olunduğu bildirilir.

Cəbrayıl rayonu haqqında bölmə ilə linkində tanış olmaq mümkündür.

Yaxın günlərdə Xudafərin körpüsü haqqında xüsusi bölmənin də özbək dilində istifadəyə veriləcəyi bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO