Zaqatalada körpə niyə doğulandan 3 gün sonra dünyasını dəyişib? – Rəsmi AÇIQLAMA

Zaqatalada körpə niyə doğulandan 3 gün sonra dünyasını dəyişib? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Zaqatalada körpə niyə doğulandan 3 gün sonra dünyasını dəyişib? – Rəsmi AÇIQLAMA

219658

Xəbər verildiyi kimi Zaqatala rayon Mərkəzi Xəstəxanasında 3 gün əvvəl doğulan körpə bu gecə dünyasını dəyişib. Belə ki, rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyyə yolu ilə körpə dünyaya gətirib.

Yeni doğulan cinsi oğlan olan körpə bu gecə Zaqatala RMX-nin doğum şöbəsində dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın soğrusuna cavab olaraq bildirilib ki, 26.10.2024-cü il tarixində Zaqatala rayon sakini, 1983-cü il təvəllüdlü şəxs "37-38 həftəlik hamiləlik, yalançı doğuș sancıları" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Ginekologiya və doğum şöbəsində stasionar müalicəyə cəlb edilib:

"04.11.2024-cü il tarixində saat 12:50-də pasiyentə "38-39 həftəlik hamiləlik, baş gəliși, fəsadlașmıș analıq anamnezi, yaşlı ilk doğan qadın, döl bașının yüksəkdə duruşu" diaqnozu ilə cərrahi doğuş icra edilib. Doğuş fəsadsız keçib, çəkisi 3100 qr, cinsi "oğlan" olan yenidoğulmuș doğulub. 2-3 saat sonra körpənin vəziyyəti pisləșib, müayinələr olunub, yenidoğulmuşda "yaşama qabiliyyətinə uyğun olmayan müştərək ürək qüsuru" aşkar edilib. Körpənin vəziyyəti təxliyə üçün uyğun olmadığından müalicəsinin Zaqatala RMX-da davam etdirilməsinə qərar verilib.

Gəncə Perinatal Mərkəzdən süni tənəffüs aparatı gətirilib, Șəki Perinatal Mərkəzin neonotoloqu tərəfindən körpə süni tənəffüs aparatına qoșulub və ağciyərin süni ventilyasiyası təmin edilib. Bütün göstərilən müdaxilələrə baxmayaraq, 07.11.2024-cü il tarixində saat 00:30 radələrində yenidoğulmușda ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bu faktla birlikdə Zaqatalada yeni doğulan körpə ölümü noyabr ayı ərzində ikinci hadisədir. Rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü Sahibə Sahib qızı Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

Məlumat üçün bildirək ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı 2022-ci ildə olub.  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə xəstəxananın direktoru vəzifəsi Tamara Nurəliyevaya həvalə olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO