Ağdama səfər edən yerli və əcnəbi dini liderlər Şəhidlər xiyabanını və Cümə məscidini ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov ziyarətçilərə Birinci Qarabağ müharibəsi, Xocalı faciəsi qurbanları və Ağdamda dəfn edilən Vətən müharibəsi şəhidləri ilə bağlı məlumat verib.
Dini liderlər şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar, Qurandan ayələr oxuyublar.
Daha sonra Ağdam Cümə məscidində ziyarətçilərə işğal dövründə məscid və dini abidələrə qarşı törədilən vandalizm haqqında faktlar nümayiş olunub.
Cümə məscidində, həmçinin Türkiyə Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş tərəfindən azan verilib, camaat namazı qılınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:08 / 07.11.2024
Ağdam Cümə məscidində 31 ildən sonra camaat namazı qılındı
Hazırda oxunan: Ağdam Cümə məscidində 31 ildən sonra camaat namazı qılındı
Hazırda oxunan: Ağdam Cümə məscidində 31 ildən sonra camaat namazı qılındı
219652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.