Bu şəxslər üçün tibbi yardım ÖDƏNİŞSİZ OLACAQ

Bu şəxslər üçün tibbi yardım ÖDƏNİŞSİZ OLACAQ

Hazırda oxunan: Bu şəxslər üçün tibbi yardım ÖDƏNİŞSİZ OLACAQ

219647

Mina təmizləmə zamanı zərərçəkmişlərə “Psixoloji yardım haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlara uyğun olaraq ödənişsiz psixoloji və tibbi yardım göstəriləcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi Milli Məclisin noyabrın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

14 maddə, 3 fəsildən ibarət edən qanun Azərbaycan Respublikasında mina əleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə şamil edilir.

Mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.

Layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda təsdiqlənib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO