Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, gələcəkdə torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq torpaqların həcminin müəyyən edilməsi, habelə müvafiq yaşayış məntəqələri salındıqca onların inzibati ərazi sərhədləri daxilində torpaqların səmərəli bölüşdürülməsi və infrastruktura (suvarma, meliorasiya, elektrik və s.) gətirilməsi planlaşdırılır.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:45 / 07.11.2024
Qarabağdakı torpaqlar güzəştli şərtlərlə İCARƏYƏ VERİLƏCƏK – Yeni QANUN
Hazırda oxunan: Qarabağdakı torpaqlar güzəştli şərtlərlə İCARƏYƏ VERİLƏCƏK – Yeni QANUN
Hazırda oxunan: Qarabağdakı torpaqlar güzəştli şərtlərlə İCARƏYƏ VERİLƏCƏK – Yeni QANUN
219639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.