Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər TƏYİN EDİLDİ

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər TƏYİN EDİLDİ

Hazırda oxunan: Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər TƏYİN EDİLDİ

219636

Milli Məclis Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif olunub.

Bundan başqa, Rəşad Temraz oğlu Orucovun AMB İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi məsələsi də layihədə yer alıb.

Layihə səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, “Mərkəzi Bank haqqında” qanuna əsasən İdarə Heyətinin 7 daimi üzvü olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO