“Şlyapa Zahid”Nəcməddin Sadıkovun adını eşidib, özündən çıxdı - MƏHKƏMƏ

“Şlyapa Zahid”Nəcməddin Sadıkovun adını eşidib, özündən çıxdı - MƏHKƏMƏ

Hazırda oxunan: “Şlyapa Zahid”Nəcməddin Sadıkovun adını eşidib, özündən çıxdı - MƏHKƏMƏ

219544

42 milyonluq mənimsəmədə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması davam edir.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda təqsirləndirilən şəxs vəkilinin suallarını cavablandırıb.

Vəkili “Şlyapa Zahid” kimi tanınan Niftəliyevdən birinci “AtaBank”dan 42 milyon manat kreditin kimin təşəbbüsü ilə götürüldüyünü maraqlanıb, müvəkkilinə “sizin götürdüyünüz  kreditin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov və digərləri tərəfindən mənimsənildiyi deyilir. Bu barədə nə deyə bilərsiniz?”-, deyə sual ünvanlayıb.

Bu məsələ “Şlyapa Zahid”i özündən çıxarıb. O, məhkəmədə işlədilməməli olan sözlər deyib: 

“Ümumiyyətlə kredit söhbəti olmayıb. Sadəcə firma yaradılmalı idi. Hansısa vicdansız imzamdan istifadə edib o, pulu yeyibsə…(hakim onun sözünü kəsərək, xəbərdarlıq edir-red).”

İstintaq materiallarında yazır ki, təqsirləndirilən şəxs kredit işləri ilə bağlı 7 dəfə bankda olub. Müdafiəçi müvəkkilindən bu məsələyə də aydınlıq gətirməsini istəyib. 

“Yeddi dəfə nədir? Mən cəmi 1 dəfə bankda olmuşam. Mənə kim idi kredit verən? Keçən dəfə də dedim bu işə niyə razı olmuşam. Bu Fazil Məmmədovun (mərhum vergilər naziri-red)  işi olub. Mən kim idim ki, o boyda kredit versinlər. Fazilin müşaviri Mahir Rəfiyev ilə də cəmi bir-iki dəfə görüşmüşəm.”

Bu iş üzrə növbəti iclas noyabrın 27-də keçiriləcək.

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO