Bu gün Təhsil naziri Emin Əmrullayev pandemiya şəratində tədrisin vəziyyəti ilə tanış olmaq üçün şagird və müəllimlərlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə nazir öz "Facebook" səhifəsində məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Təhsil nazirindən VACİB ƏMR
“Bu gün pandemiya şəraitində tədrisin vəziyyəti ilə tanış olmaq üçün Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən 171 nömrəli tam orta məktəbə baş çəkərək, şagird və müəllimlərlə söhbətləşdik. Şagirdlərlə ünsiyyət zamanı əyani dərslərin bərpasına sevindiklərini bildirdilər”, - deyə nazir bildirib.
Bizim.Media