COP29 qlobal iqlim konfransının keçirilməsi ilə əlaqədar iki qatarın ehtiyatda saxlanması məqsədilə noyabrın 11-23-də Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilir.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən Bizim.Media-ya bildirilib ki, qeyd edilmiş müddət boyunca həftənin iş günlərində (iş günü elan edilmiş noyabrın16-23 daxil olmaqla): Bakıdan saat 08:10, 17:50 və 19:05, Sumqayıtdan saat 07:20, Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilir.
Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası noyabrın 11-22 tarixlərində Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:40 / 05.11.2024
Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə bir neçə qatar LƏĞV EDİLİR
Hazırda oxunan: Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə bir neçə qatar LƏĞV EDİLİR
Hazırda oxunan: Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə bir neçə qatar LƏĞV EDİLİR
219377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.