Taksi sürücülərinin İMTAHANI: 3 nəfər başqasının yerinə iştirak etmək istədi

Taksi sürücülərinin İMTAHANI: 3 nəfər başqasının yerinə iştirak etmək istədi

Hazırda oxunan: Taksi sürücülərinin İMTAHANI: 3 nəfər başqasının yerinə iştirak etmək istədi

219368

Taksi minik avtomobili sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda 3 nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, sözügedən hallar 27 oktyabr və 3 noyabr tarixlərində keçirilən imtahanlarda qeydə alınıb.

Qeyd edilib ki, bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

"Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növdən olan imtahanlarda – xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilib. Nəzərinizə çatdırırıq ki, həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılmış və həmin şəxslər məsuliyyətə cəlb edilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO