Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisi Cəfər Cabbarlı küçəsində antisanitar vəziyyət yaranıb. Ərazidə yaşayan sakinlər məişət tullantılarının vaxtında daşınmamasından şikayətçidirlər.
Bizim.Media-ya danışan sakinlər iddia edirlər ki, ərazidəki zibillərin günlərlə daşınmaması tez-tez baş verir.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildridilər ki, maşınlarla bağlı tullantıların daşınmasında gecikmə olub:
“Məişət tullantıları hər gün daşınır və belə problem yarananda dərhal həll olunur. Yəni artıq problem aradan qaldırılıb, həmin ərazidəki tullantılar yığışdırılıb”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 05.11.2024
Sumqayıtda antisanitar VƏZİYYƏT – Məişət tullantıları niyə vaxtında DAŞINMIR? - FOTO
Hazırda oxunan: Sumqayıtda antisanitar VƏZİYYƏT – Məişət tullantıları niyə vaxtında DAŞINMIR? - FOTO
Hazırda oxunan: Sumqayıtda antisanitar VƏZİYYƏT – Məişət tullantıları niyə vaxtında DAŞINMIR? - FOTO
219338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.