Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərovun cinayət işi üzrə ibtidai araşdırma davam edir.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror Kələntərovla bağlı məhkəməyə təqdimat verib.
Təqdimatda ağır cinayət üzrə istintaqın davam etdiyi, bu səbəbdən daha bir neçə ayın gərəkli olduğu qeyd edilərək seçilmiş qətimkan tədbirinin uzadılması xahiş edilib.
Bakı Hərbi Məhkəməsi təqdimatı əsaslı hesab edib. Qərara əsasən, R.Kələntərovun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, N saylı hərbi hissənin zabiti işləmiş R.Kələntərov təkrar rüşvət almaqda və qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq etməkdə ittiham elan edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:35 / 05.11.2024
Polkovnikin rüşvət ittihamı ilə saxlanılan oğlu HƏBSDƏ QALDI
Hazırda oxunan: Polkovnikin rüşvət ittihamı ilə saxlanılan oğlu HƏBSDƏ QALDI
Hazırda oxunan: Polkovnikin rüşvət ittihamı ilə saxlanılan oğlu HƏBSDƏ QALDI
219335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.