Allahşükür Paşazadə:  “Hacı Əbdül, mən də sənin haqqında çox şeylər bilirəm...”

Allahşükür Paşazadə: “Hacı Əbdül, mən də sənin haqqında çox şeylər bilirəm...”

Hazırda oxunan: Allahşükür Paşazadə: “Hacı Əbdül, mən də sənin haqqında çox şeylər bilirəm...”

219294
“Necə Prezidentin müqəddəsliyi qorunursa, eləcə dəxa0 Şeyxülislam haqqında deyilən sözlərə senzura qoyulsun...”

...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ənxa0 təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasixa0 idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.xa0 Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır...xa0 1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmişxa0 deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasındaxa0 1992-ci il martın 3-dənxa0 mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyixa0 bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırır.xa0


(Ali Sovetin 1992-ci il martın 24-də keçirilmiş fövqəladə sessiyası. Davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: //www.moderator.az/news/219216.html)

Allahşükür Paşazadə:“Qarabağda baş verənlərin bir səbəbini də orada imanın az olmasında görürəm...”
Deputat Allahşükür Paşazadəxa0 öz çıxışında dedi:”...Son dövrlərdə Qarabağda baş verən hadisələrin bir səbəbini də orada imanın az olmasında görürəm. Əgər Qarabağda yaxşı məscidlər açılsaydı, din xadimlərimiz olsaydı, xalqı milli ruhda tərbiyə edə bilsəydik, əlbəttə, biz bu müsibətləri görməzdik...xa0
“Rəhim Qazıyev buradadırsa, bilir...”

Xocalı məsələsini bütün dünyaya yaymalıyıq. Erməni millətçi-ekstremistlərinin xalqımızın başına gətirdikləri ilə əlaqədar xüsusi qruplar yaratmalıyıq. Həmin qruplar vasitəsilə hadisələri bütün dünyaya çatdırmalıyıq. Bu dövrdə, Rəhim Qazıyev buradadırsa,xa0 bilir, Qarabağa Ruhani İdarəsi tərəfindən 2 milyondan yuxarı köməklik göstərilib.xa0

“Məni heç bir şey, heç bir təzyiq fikrimdən, düz əqidəmdən döndərə bilməz...”

Demək istəyirəm ki, bir xalqın rəhbəri, qanuni dini rəhbəri yoxdursa, xalqın özü də yoxdur. Bu gün nə rəhbərimiz yoxdur, dini rəhbər də hədələrə məruz qalıb. Bu hədələr hardan gəlir, bilmirəm. Kimlər tərəfindən gəlir, bilmirəm. Son günlər daha çox şiddətlənib, bunu da bilirəm. Amma Şeyx həqiqətin tərəfdarı olmalıdır. Məni heç bir şey, heç bir təzyiq fikrimdən, düz əqidəmdənxa0 döndərə bilməz. Bəli, ola bilər ki, DTK-nı da tanıyıram. Burada oturanlar mənə desinlər: bundan qabaq hansı qrup xaricə hedəndə onun içərisində DTK-nın nümayəndəsi olmurdu? Bunlar, bəyəm, yenilikdir? Hansı bir xaricə gedən adamı DTK yoxlayıb sonra göndərmirdi? O da olsun Ruhani İdarəsi. Mən işə gələndə Ruhani İdarəsini cəmi 3 dövlət tanıyırdı. İndi isə 107 dövlət tanıyır.xa0xa0

“Burada sən belə işlərinlə bakılı-rayonlu məsələsi qoyursan...”

Xaricə gedənlərin biri də Hacı Əbdül idi, gördü ki, hörmətimi necə saxlayırlar. İsgəndər Həmidov deyir ki,xa0 Şeyx DTK-nın polkovnikidir. Əgər belə bir şey varsa, əlbəttə, bunu sübut etmək lazımdır.xa0 Mən Hacı Allahşükür üzümü sizə tutub deyirəm: necə Prezidentin müqəddəsliyi qorunursa,xa0 eləcə də Şeyxülislam haqdaxa0 deyilən sözlərə senzura qoyulsun. Hacı Əbdül, mən də sənin haqqında çox şeyləri bilirəm və deyə də bilərəm, amma mən demirəm. Mən onları deyən deyiləm. Burda sən belə işlərinlə bakılı-rayonlu məsələsi qoyursan. Səni öyrətmişdilərsə də, bunu deməməliydin.xa0 Şeyxin haqqında deyilən sözlərə senzura qoyularsa,xa0 gələcəkdə mən özüm şeyxlik edəcəyəm, davam edəcəyəm, əgər olmazsa, mən istefamı tələb edəcəyəm...”

Faiq Baxşəliyev:”Musa Məmmədovun Ağdama göndərilməsi Prezident tərəfindən atılan səhv addım idi...”


Deputat Faiq Baxşəliyev qeyd etdi ki, Qarabağın məsələsi heç də sosial-məişət problemi deyil. “...Polyaniçkonun gördüyü işlər qənaətbəxş ola bilməz. Ağdamda bu saat kənd təsərrüfatı problemi həll olunmur, oraya kənd təsərrüfatı üzrə alim lazım deyil. Lakinxa0 Musa Məmmədovun Ağdama 14 rayonun icra hakimiyyəti başçısı kimi göndərilməsi Prezidentin tərəfindən atılan səhv addım idi. Parlament də bunu görməliydi ki, bu məsələni belə həll etmək olmaz. Beləliklə də biz Ağdamda gedən prosesin qarşısını ala bilmədik. Musa Salamoviç kimi bir alimi də bilmədiyi işə göndərib adını yarıtmaz qoyduq. Orada vəziyyət necə idi? İcra Hakimiyyətinin başçısı bir göstəriş verir, Musa Salamoviç ikinci göstəriş verir. Tamerlan Qarayev də orada idi, o da başqa bir göstəriş verir, Müdafiə Nazirliyinin nümayəndəsi də digər göstərişi verir. Axı bu cür ola bilməz...xa0

“Bəziləri Qarabağdan siyasi vasitə kimi istifadə edirlər...”

Qarabağ problemi həll olunmayana qədər bizdə nə siyasi, nə iqtisadi, nə mənəvi reforma keçirmək mümkün olacaqdır. Çünki bəziləri Qarabağdan siyasi vasitə kimi istifadə edərək məqsədlərinə çatmaq istəyirlər. Bu sözlər harada deyilir? Parlamentdə. Biz də üstündən ötüb keçirik. Parlament burada tribunadan deyilən sözlərə fikir vermir. Ya İsgəndər Həmidov salınmalıdır dama, şantaj elədiyi üçün, ya da həmin adamlar...”xa0 xa0 xa0xa0

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh.111-112)xa0

(Davamı var)

Təqdim etdi: Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO