Ötən ay Bakı və Sumqayıt şəhərlərində qanunsuz yaşayan 75 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, cari ilin oktyabr ayı ərzində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları ilə birgə Bakı və Sumqayıt şəhərlərində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycan Respublikasında olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 75 əcnəbi vətəndaş saxlanılıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.
Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 488 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:16 / 04.11.2024
Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi TUTULDU - FOTO/VİDEO
Hazırda oxunan: Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi TUTULDU - FOTO/VİDEO
Hazırda oxunan: Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi TUTULDU - FOTO/VİDEO
219210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.