“İslamda təmtəraqlı baş daşlarının qoyulması, qəbirüstü abidələrin ucaldılması günah hesab edilir. Çünki torpaqdan yaranan sonda torpaq olmalıdır. Amma dünyasını dəyişmiş mərhumun qəbri üstündə hansısa nişanənin qoyulması mümkündür. Bu da ona görədir ki, ölü sahibləri yaxınlarının məzarını ayırd edə bilsin.
Amma təəssüf ki, son dövürlər qəbiristanlıqlar abidələr şəhərciyinə bənzəyir. Təmtəraqlı qəbirüstü abidələri sanki yarışa çıxardılıb. Bu isə Allahın iradəsinin əleyhinə getməklə yanaşı, həm də lazımsız məsrəfdir”.
MÖVZU İLƏ BAĞLI:
Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Dini baxımdan bu düzgündürmü? - VİDEO
Bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, təəssüf doğuran məqamlardan biri də odur ki, qəbir daşları çox bahalı qara mərmərlərdən hazırlanır:
“Bu, doğru deyil. Qara rəng ölüm, yoxluq, bədgümanlıq, son anlamına gəlir ki, İslam da bunu rədd edir. İslama görə həyat ölümlə bitmir. Orta əsrlərdən bəri qəbir daşları, məqbərələr, məscidlər qara daşdan olmayıb. Ötən əsrin 70-80 ci illərində ermənilər qara mərməri dəb saldı. Çünki o zamanlar ən yaxşı daş ustaları ermənilər idi. Ermənilərsə qara mərməri Rusiya və Ukraynadan alıb gətirir, yerli camaata baha qiymətə satırdılar. Beləcə ermənilərin kommersiya marağı ucbatından Azərbaycanda da qara mərmər dəbə düşdü”.
Müsahibimiz onu da qeyd edib ki, ermənilər qara rəngə çox meyillidirlər:
“Yada salaq ki, onların din xadimləri də zil qara geyinirlər. Nəzərə alaq ki, qara daşlardan olan məzarlıqlar axirəti, Cənnəti yox, Cəhənnəmi xatırladır və vahimə, xof, qara bir auranın toplandığı məkan təsiri bağışlayır. Ancaq bəzi Qərb ölkələrində məzarlıqlar adi standart ağ daşlardan və gül - çiçəkli bağçalarda salınır. Nəhəng qara daşlardan kənarı hasarlanmış qalaça məzarlar isə əcaibdir, İslama yaddır. Məzar daşları qara rəngdə olmaz”.
Surxay Atakişiyev, Bizim.Media