Bakıdan bəzi rayonlara niyə birbaşa avtobus reysi YOXDUR? – RƏSMİ AÇIQLAMA

Bakıdan bəzi rayonlara niyə birbaşa avtobus reysi YOXDUR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıdan bəzi rayonlara niyə birbaşa avtobus reysi YOXDUR? – RƏSMİ AÇIQLAMA

219173

Bakıdan bölgələrə, həmçinin rayonlardan paytaxta vətəndaşların gediş-gəlişini təmin etmək üçün marşrut avtobusları fəaliyyət göstərir. Lakin Azərbaycanın bütün rayon və şəhərlərinə birbaşa avtobus reysləri təşkil olunmayıb. Belə ki, İsmayıllı və digər rayon sakini yaşadığı şəhərdən avtobusun saat neçədə paytaxta yola düşəcəyini bilir və gedişini buna uyğun planlaşdırır. Amma Şamaxıda, Zərdabda və bir neçə birbaşa sərnişin avtobusu işləməyən rayonun sakinləri bundan məhrumdurlar.

Özəl şirkət daşıyıcıları da demək olar ki, yoxdur. İnsanlar məcbur qalıb, baha qiymətə taksilərdən istifadə edirlər. Günün müəyyən hissəsində isə sözügedən istiqamətlərə ümumiyyətlə taksi tapmaq mümkün olmur.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdan Xocalı-Xankəndi-Şuşaya avtobus reysi istifadəyə veriləcək - FOTO


Qonşu ölkələrdə bu məsələ günün 24 saatı fasiləsiz tənzimlənib. Şəhərdən bölgələrə gedən avtobuslarla yanaşı, müxtəlif şirkətlərin avtobusları da 1 saatdan bir qrafiklə xidmət göstərirlər.

Bəs müvafiq qurumlar bu məsələni niyə tənzimləmirlər?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, birbaşa reysləri olmayan məntəqələr aralıq məntəqələri kimi müəyyən edilib:

“Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 49 istiqamətə müntəzəm avtobus marşrutu fəaliyyət göstərir. Birbaşa reyslərin olmadığı rayon və məntəqələr isə aralıq məntəqələri kimi müəyyən edilib. Çoxsaylı vətəndaş müraciəti, eləcə də sərnişindaşımada vətəndaş məmnunluğunu təmin etmək məqsədilə bu məntəqələrə getmək istəyən vətəndaşlara daşıyıcıların da rentabelliyi nəzərə alınmaqla imkan yaradılıb. Sərnişinlər Bakıdan bu istiqamətlərə biletləri həm onlayn qaydada “biletim.az” portalı üzərindən, həm də kassalardan əldə edə bilərlər.
 

Belə ki, Tovuz və Ağstafaya getmək üçün Bakı–Qazax və Bakı–Qazax (Qırmızı Körpü), Ucar və Yevlaxa səfər etmək üçün Bakı–Bərdə, Bakı–Tərtər, Bakı-Mahruzlu (Ağdam) və Bakı-Qaradağlı (Ağdam), Xaldana getmək üçün Bakı–Qax, Bakı–Şəki və Bakı–Zaqatala, Gorana yollanmaq üçün Bakı–Gəncə, Saatlıya getmək üçün Bakı–Horadiz, Şamaxıya səfər etmək üçün Bakı-İsmayıllı, Zərdaba getmək üçün isə Bakı-Ağcabədi reyslərinin imkanlarından yararlanmaq mümkündür”.


Qeyd edək ki, Bakı-İsmayıllı avtobusunda bir gediş üçün biletin qiyməti 6,19 AZN, Şamaxıya gedənlər üçünsə 4,16 AZN müəyyən edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO