Xankəndi şəhərində ilk stomatoloji klinika fəaliyyətə başlayır.
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış stomatoloq Hüseyn Hüseynzadə sosial şəbəkə hesabında məlumat yayıb.
H.Hüseynzadə bildirib ki, Xankəndidə “Qarabağ Dental Clinic” ilk özəl stomatoloji klinikasının açılışı olub:
“Xankəndi şəhərimizdə, işğaldan azad olunan ərazilərdə açılmış ilk özəl stomatoloji klinikanın açılışında iştirak etdik.
Bizi tanıyanlar bilir ki, könüllü həkimlər olaraq 2020-ci ildən bu günə qədər, işğaldan azad olunmuş ərazilərdə 10-dan çox stomatoloji, tibb məntəqələri açmışıq. Bu günə qədər 15 mindən çox hərbçiyə təmənnasız tibbi xidmət göstərmişik. Tibb məntəqələrini öz əllərimizlə qurmuşduq. Şükürlər olsun ki, Qarabağımızda həyat yavaş-yavaş öz axarına qayıtmağa başlayır, mülki insanlar, sakinlər öz yurd-yuvalarına qayıdır. Əlbəttə ki, dövlət və özəl infrastrukturlar qurulur”.
Bizim.Media