Azərbaycanda general işdən azad OLUNDU

Azərbaycanda general işdən azad OLUNDU

Hazırda oxunan: Azərbaycanda general işdən azad OLUNDU

219079

Müdafiə Nazirliyində daha bir yüksək rütbəli general işdən azad olunub.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, generalın yerinə artıq təyinat da var. Başqa əmrlə polkovnik Azər Heybətli sözügedən idarənin rəisi təyin edilib.

Azər Heybətli Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi olub.

Qeyd edək ki, general Elçin Xəlilovun qardaşı Fuad Xəlilov da Ali Hərbi Məktəbin maliyyə xidməti rəisi işləyib. Bir müddət əvvəl Fuad Xəlilov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə şahid qismində ifadə vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO