Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.
Qurumdan Bizim.Media-ya verilən məlumatda bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir.
Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Bundan başqa noyabrın 04-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:18 / 03.11.2024
Bakıda külək güclənəcək - Günün ikinci yarısından sonra
Hazırda oxunan: Bakıda külək güclənəcək - Günün ikinci yarısından sonra
Hazırda oxunan: Bakıda külək güclənəcək - Günün ikinci yarısından sonra
219036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.