Ən pis demoqrafik vəziyyət Gəncədədir - SƏBƏB

Ən pis demoqrafik vəziyyət Gəncədədir - SƏBƏB

Hazırda oxunan: Ən pis demoqrafik vəziyyət Gəncədədir - SƏBƏB

218967

Azərbaycanın rayon və şəhərləri arasında ən pis demoqrafik göstəricilər Gəncə şəhərində müşahidə edilir. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkənin ən böyük şəhərlərindən olan Gəncədə ölüm və doğum səviyyəsi bir-birinə çox yaxındır. Bu səbəbdən Gəncədə təbii artım sürəti olduqca aşağıdır. 


2023-cü ilin birinci rübünə aid olan məlumata əsasən, şəhərdə hər 1000 nəfərə 8,1 doğum olduğu halda ölüm sayı 7,3 olub. Hər iki göstəricinin bir-birindən kəskin fərqlənməməsinə görə 1000 nəfərə düşən təbii artım 0,8 nəfər təşkil edib. 


Xatırladaq ki, 2022-ci ildə də şəhərdə təbii artım göstəricisi çox aşağı olub. Ötən ilin birinci rübündə şəhər üzrə təbii artım hər 1000 nəfərə 0,3 nəfər olmuşdu. Gəncə şəhərində doğum və ölüm göstəricisinin bir-birinə yaxın olmasının səbəbi açıqlanmır. 


Digər böyük şəhərlərdə də təbii artım səviyyəsi aşağıdır. Amma onların heç birində Gəncədə olduğu kimi pis göstərici qeydə alınmır. 


Hər 1000 nəfərə təbii artım Yevlaxda 5,1 nəfər, Şirvanda 3,6 nəfər, Mingəçevirdə 3,6 nəfər, Bakıda 3,2 nəfər, Naxçıvan şəhərində 2,9 nəfər, Sumqayıtda 1,8 nəfər olub. 


Ölkə üzrə orta göstərici isə 4,4 nəfər təşkil edib. 


Vasif

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO