BİZİM TƏQVİM: 4 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 4 noyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 4 noyabrda baş vermiş tarixi hadisələr

218932

2020-ci ilin bu günündə Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib.

Bəs, noyabrın 4-də dünyada daha nələr olub?

1. 4 noyabr 1909-cu ildə İstanbul-Bağdad dəmir yolu çərçivəsində 9 ildə tikinti işləri tamamlanan Haydarpaşa vağzalı mərasimlə istifadəyə verildi.

2. 4 noyabr 1922-ci ildə ingilis arxeoloq Hovırd Karter və heyəti firon Tutanhamonun qəbrini kəşf etdi.

3. 4 noyabr 1933-cü ildə Yunanıstan hökuməti Türkiyənin banisi Mustafa Kamal Atatürkün anadan olduğu Selanikdəki evə xatirə lövhəsi qoydu. Lövhədə “Türk millətinin böyük inqilabçısı və Balkan birləşməsinin yol göstərəni Qazi Mustafa Kamal bu evdə anadan olub” yazılıb.

4. 4 noyabr 1946-cı ildə BMT üzvü 37 ölkənin qərarı ilə qurulan UNESCO fəaliyyətlərinə başladı. BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO-nun mərkəzi qərargahı Parisdədir.

5. 4 noyabr 1956-cı ildə 23 oktyabrda başlayan macar üsyanının böyüməsi qarşısında Sovet tankları paytaxt Budapeştə girdi.

6. 1967–ci ilin 4 noyabrında Ostankino teleqülləsi istifadəyə verilib. Rusiyanın ən yüksək qurğusu sayılan, 540 metr hündürlüyü olan bu teleqüllənin dizaynı layihə mühəndisi Nikolay Nikitin tərəfindən bir gecədə düşünülüb.

7. 4 noyabr 1972-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CXP) 5-ci qurultayından sonra 34 ildir davam etdirdiyi CXP-nın sədrliyi vəzifəsindən ayrılan Türkiyənin 2-ci dövlət başçısı İsmət İnönü CXP-nın üzvlüyündən də istefasını verdi.

8. 4 noyabr 1979-cu ildə İran inqilabından sonra Xomeyni tərəfdarı gənclər Tehrandakı ABŞ Səfirliyini işğal etdi, 52 nəfəri girov götürdü. Bu hadisə ABŞ və İran arasında 444 gün davam edən girov böhranının başlanğıcı oldu. ABŞ rəhbərliyi girovları xilas etmək üçün əməliyyat keçirildi, ancaq 8 ABŞ əsgəri və İranın 1 dinc vətəndaşının öldüyü əməliyyat uğursuzluqla nəticələndi.

9. 4 noyabr 2008–ci ildə Prezident İlham Əliyev ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncam imzalayıb. Bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi olaraq Azərbaycanın ilk telekommunikasiya peyki – “Azərspace-1” 2013-cü ildə, ikinci peyk “Azersky” isə 2014-cü ildə uğurla orbitə buraxılıb.

10. 4 noyabr 2008-ci ildə ABŞ ilk dəfə bir qara dərili prezident olaraq seçildi. Demokrat namizəd Barak Obama ABŞ-ın 44-cü prezidenti oldu.

Noyabrın 4-də bu şəxsiyyətlər xatırlanır:

1. 4 noyabr 1939-ci ildə Əməkdar mədəniyyət işçisi Limunət Abdullayeva (1939-2016) doğulub.

2. 4 noyabr 1944-ci ildə Əməkdar mədəniyyət işçisi, rejissor, animasiya filmləri rəssamı Rauf Dadaşov (1944 – 9.2.2020) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında, “Azanfilm” Studiyasında işləyib.

3. 4 noyabr 1954-cü ildə aktyor Fərman Abdullayev (1954 – 5.3.2013) Şəkidə anadan olub. Şəki teatrında çalışıb, filmlərdə (“Həm ziyarət, həm ticarət”, “Yalan”) çəkilib.

4. 4 noyabr 1967-ci ildə Əməkdar artist Ələkbər Hüseynzadə (3.10.1887 – 1967) vəfat edib. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə Dövlət mükafatına layiq görülüb.

5. 4 noyabr 1995-ci ildə 73 yaşındakı İsrail baş naziri İssak Rabin Fələstin ilə sülh müzakirələrini dəstəkləyənlərin keçirdiyi mitinqdən ayrılarkən ultra sağçı bir israilli tərəfindən silahla vurularaq öldürüldü.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO