Xəbər verdiyimiz kimi, oktyabrın 31-i Abşeron rayonu, Xırdalan şəhərində (Abşeron Gənclər Şəhərciyi) çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və qısa zamanda yanğın söndürülüb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə baş verən yanğının binanın tezalışan materialla üzlənməsi səbəbindən baş verdiyi iddia olunur. Bununla bağlı yayılmış videogörüntülərdə binaya alkopan üzlük çəkildiyi deyilir.
Yayılan iddialarla bağlı Fövqəladə Hallar Nazirliyindən “qafqazinfo.az”ın sorğusuna cavab olaraq bildirilib ki, yanan binanın üzlüyü ilə bağlı ekspertiza aparılacaq:
“Qeyd olunan binanın üzlüyündən nümunə götürülərək materialın odadavamlılıq dərəcəsi müvafiq ekspertiza nəticəsində müəyyən ediləcək. Bununla yanaşı, binaların odadavamlı materiallarla üzlənməsi ilə bağlı sonuncu dəfə cari ilin mart ayında aidiyyəti üzrə yerli icra hakimiyətinə rəsmi müraciət edilib”.
Abşeron Rayon İcra Hakimiyyətindən isə məsələnin araşdırılıb cavablandırılacağı bildirildi.
Qeyd edək ki, 30 binadan ibarət Abşeron Gənclər Şəhərciyi 2008-2009-cu illərdə inşa olunub.
Bizim.Media