Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Bizim.Media xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib.
Prezidentin köməkçisi ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
O.Hüseynzadə ona göstərilən etimada görə minnətdarlıq edib.
Xatırladaq ki, Orxan Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 1-də imzaladığı sərəncama əsasən, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bizim.Media