Bakının Xətai rayonundakı 269 saylı məktəbin ötən ay yağan intensiv yağışlar nəticəsində aşan hasarı hələ də bərpa edilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Gündəliyi” səhifəsi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda məktəbin hasarı uçdu: Tədris dayandırıldı - VİDEO
“Hadisədən 12 gün keçsə də hasarın yenidən qurulması üçün iş görülməyib. Hasarın dağılan hissəsi demək olar məktəbin əsas girişi ilə üzbəüzdür. Uşaqlar bura tez-tez yaxınlaşır və hasarın digər hissəsinin də aşmaq təhlükəsi var”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, oktyabrın 22-də yağan intensiv yağışlar nəticəsində 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub. Bu səbəbdən məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılmışdı.
Bizim.Media