Sutkada neçə saat yatmaq LAZIMDIR?

Sutkada neçə saat yatmaq LAZIMDIR?

Hazırda oxunan: Sutkada neçə saat yatmaq LAZIMDIR?

218889

Yuxusuzluq dövrümüzün əsas problemlərindəndir. ÜST-ün məlumatına görə dünya əhalisinin təxminən 40%-i yuxusuzluqdan əziyyət çəkir. Bu hal təkcə insanlarda psixoloji sarsıntılar yaratmır, həm də bir çox xəstəliklərə səbəb olur.

Bəs insan sutka ərzində ən azı nə qədər yatmalıdır?

Bizim.Media xəbər verir ki, bununla bağlı alimlər müxtəlif araşdırmalar aparıb və nəticələr əsasən üst-üstə düşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Yuxunuza diqqət edin


Rusiyalı nevroloq Vladimir Martynov deyir ki, 6 saatlıq bir gecə yuxusu nadir hallarda hər kəsə gücünü tam bərpa etməyə imkan verir:

“Əksər insanlar sutka ərzində itirdikləri enerjini bərpa etmək üçün daha uzun müddətdə yatıb, dincəlməlidirlər.Yetkinlər üçün optimal yuxu müddəti 8-9 saatdır. Orta yaş üçün 8 saat normal yatmaq kifayət edir. 55-60 yaşdan yuxarı insanlar 7 saat yatmaqla itirdikləri enerjini bərpa edə bilərlər.

Keyfiyyətli yuxu üçün saat 22.00-00.00 arasında yuxuya getmək yaxşıdır. Yatmazdan əvvəl çox yeməmək və telefona çox baxmamaq tövsiyə edilir”.

Bəs, müntəzəm olaraq hər gecə yatmadıqda nə baş verir?

Həkimlər xəbərdarlıq edirlər ki, xroniki yuxu çatışmazlığı konsentrasiya, artan yorğunluq və psixi problemlər yaradır. Bu da bir çox xəstəliklərə yol açır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO