Zabrat yolunda YENİLİK: Hasarlar sökülür, səkilər tikilir

Zabrat yolunda YENİLİK: Hasarlar sökülür, səkilər tikilir

Hazırda oxunan: Zabrat yolunda YENİLİK: Hasarlar sökülür, səkilər tikilir

218871

Zabrat yolunda hasarlar sökülərək geri çəkilir və səkilər tikilir.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
 

Paylaşımla bağlı oxu.az Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. İcra başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ruhin Orucov faktı təsdiqləyib.


O qeyd edib ki, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsində səki hissənin genişləndirilməsi və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Balaxanı Əməliyyat Şirkəti tərəfindən mövcud hasar geri çəkilir.

"Sözügedən hasarın suvanması və rənglənməsi də nəzərdə tutulub. Qeyd edim ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı şəhərinin digər rayonlarında olduğu kimi Sabunçu rayonunda da geniş abadlıq işləri aparılır. Rayon ərazisində COP29 marşrutu üzrə mövcud olan küçələrdə yol kənarlarında ümumi görünüşə xələl gətirən primitiv formalı obyektlərin və hasarların abadlaşdırılması ilə bağlı işlər davam etdirilir", - deyə R.Orucov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO