Ailəsi nəşini axtararkən minaya düşdü, 31 il sonra torpağa tapşırıldı... – FOTO/VİDEO

Ailəsi nəşini axtararkən minaya düşdü, 31 il sonra torpağa tapşırıldı... – FOTO/VİDEO

Hazırda oxunan: Ailəsi nəşini axtararkən minaya düşdü, 31 il sonra torpağa tapşırıldı... – FOTO/VİDEO

218817

Birinci Qarabağ müharibəsində yaralanaraq itkin düşən, 31 ildən sonra kimliyi müəyyən edilən şəhid Şahid Sabir oğlu Məmmədovla doğulduğu Şəki rayonunun Orta Zəyzid kəndində vida mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidi Şahid Sabir oğlu Məmmədov 1974-cü ildə Şəkinin Orta Zəyzid kəndində anadan olub. 

Ailədə beş uşaq olublar. O, ailənin dördüncü övladıdır. Orta məktəbi başa vurduqdan sonra Şahid sovet ordusu sıralarında hərbi xidmətə yollanıb.

1992-ci ildən könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsində iştirak edib. O, Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib və bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılıb.

Ağdərənin Mehmanə kəndi uğrunda gedən ağır döyüşlərdə düşmən canlı qüvvə və texnika baxımdan çox olmasına baxmayaraq Şahid və döyüş yoldaşları ciddi müqavimət göstərərk onları dəfələrlə geri çəkilməyə məcbur edib. Elə həmin döyüşlərin birində Şahid ağır yaralanıb. Daha sonra Şahidlə əlaqə saxlamaq mümkün olmayıb. 
 

Ailə üzvü Arif Məmmədov şəhid qardaşının xatirəsini yaşatmaq məqsədi ilə oğluna Şahid adı verib. Gənc Şahid Sabirli Vətən müharibəsi iştirakçısı və hazırda hərbçi kimi xidmətdədir. 


Şahid Sabirli əmisi şəhid Şahid haqda qürurla danışır. Şahidin itkin düşməsindən sonra axtarışlarına atası Sabir, əmiləri Vəhbi və Cahangir Məmmədovlar, eləcə də bacısının qayınatası Fərhad Kazımov çıxıblar. Şahidi tapmaq, onun haqda məlumat əldə etmək üçün günlərlə öz şəxsi maşınlarında yol gediblər.

1993-cü ilin fevralayının 28 də atası Sabir, əmiləri Vəhbi və Cahangir Məmmədovların, eləcə də bacısının qayınatası Fərhad Kazımovun olduğu avtomobil Ağdarə istiqamətində ermənilərin basdırdığı minaya düşərək hamısı həlak olub.

Sonradan onların hər birinə şəhid statusu verilib. Bu haqda isə ailənin yaxın qohumu Azər Əzizov danışıb: 

“1993-cü ildə Şahidin itkin düşməsi xəbəri gələndə onun atası Sabir Məmmədov, iki əmisi - Cahangir və Vəhbi Məmmədov, onların daha iki yaxın qohumu Şahidin axtarışı üçün Qarabağ bölgəsinə gediblər. Bir müddət sonra onlar erməni vəhşilərinin basdırdığı minaya düşüblər. Bu, bir ailə, bir kənd üçün çox böyük faciə idi.

Bu faciəni təkcə bizə, kəndimizə deyil, bütün Azərbaycana yaşadanlar ermənilərdir. Məlumdur ki, ermənilər Qarabağı işğal planını həyata keçirməyə başlayan gündən bizim kənd və şəhərlərimizi yandırıblar, nə qədər insanlarımız diri-diri məhv olublar, minalara düşüblər. Bu ailənin faciəsi erməni vəhşiliyini tam çılpaqlığı ilə sübut edir”. 

Üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşı Arif Məmmədova təqdim edilib, yaylım atəşi açılıb. 





















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO