Xaçmazın Pirquluoba kənd sakini, 57 yaşlı İlham Rüstəmovun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, mərhum İlham Rüstəmovun oğlu 2 il əvvel Şabran sakini, 43 yaşlı Rəhman Cavadovun 16 yaşlı qızını qaçırıb və sonra boşayıb.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda daha bir QƏTL
Bu səbəbdən Rəhman Cavadov şəxsi münasibətlər zəminində İlham Rüstəmovu qətlə yetirib. Ölən İlham Rüstəmov əvvəllər nazirlik əməkdaşı olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu