Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Möhübbət Mustafayev Tərtərin Seyidimli kəndində torpağa tapşırılıb.
Bizim.Media xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Şəhidin məzarı başında yaylım atəşi açılıb. Şəhid tabutuna bükülmüş bayraq onun atasına təhvil verilib.
Qeyd edək ki, Mustafayev Möhübbət Qənimət oğlu Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. Milli ordu sıralarında Kəlbəcərin müdafiəsində iştirak edib. 1993-cü ildə Kəlbəcər rayonunun Bağırsaq kəndində itkin düşüb.
Kəlbəcərin işğaldan azad edilməsindən sonra nəşinin qalıqları itkin düşdüyü Bağırsaq kəndi ərazisində aşkar edilib. Şəhidin qalıqları Məhkəmə-Tibbi Krimjnalistoka və Məhkəmə-Genetik Ekspertizası zamanı eyniləşdirildikdən sonra ailəsinə təhvil verilib.
Şəhid, Tərtər rayonu Seydimli kənd məzarlığında torpağa tapşırılıb.
Bizim.Media, Qarabağ bürosu