Xaçmazdakı qətllə bağlı cinayət işi AÇILDI

Xaçmazdakı qətllə bağlı cinayət işi AÇILDI

Hazırda oxunan: Xaçmazdakı qətllə bağlı cinayət işi AÇILDI

218800

Noyabrın 1-də saat 13 radələrində Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü İlham Rüstəmovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Xaçmaz rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Rəhman Cavadovun şəxsi münasibətlər zəminində İlham Rüstəmova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda daha bir QƏTL


Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Hadisədən sonra könüllü olaraq polisə təslim olan Rəhman Cavadov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO