Qarabağ Universitetində 50 nəfər işlə təmin EDİLİB

Qarabağ Universitetində 50 nəfər işlə təmin EDİLİB

Hazırda oxunan: Qarabağ Universitetində 50 nəfər işlə təmin EDİLİB

218798

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi istiqamətində Qarabağ Universiteti ilə də fəal əməkdaşlıq həyata keçirir. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib. 

Bildirilib ki. onlardan bir hissəsi işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Daha bir qrup şəxsin də ali təhsil ocağında məşğulluğunun təminatı üçün birgə iş aparılır. 
 

Görüşdə bölgədə icra olunan aktiv məşğulluq proqramları haqqında məlumat verilib, aktiv məşğulluq proqramlarının icrasında Agentliklə Universitet arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. 


Qeyd edilib ki, Qarabağ Universiteti bu günlərdə Şuşada təşkil olunan ilk əmək yarmarkasında da iştirak edərək, təhsil ocağında mövcud vakansiyaları təqdim edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO