Qadınların artan TƏSBEH SEVDASI – “Özlərini kişiyə oxşatmağa çalışırlar”

Qadınların artan TƏSBEH SEVDASI – “Özlərini kişiyə oxşatmağa çalışırlar”

Hazırda oxunan: Qadınların artan TƏSBEH SEVDASI – “Özlərini kişiyə oxşatmağa çalışırlar”

218781

Son zamanlar şəhərdə gəzən xanımların əllərində, qollarında iri təsbehlər görmək olur. Təsbehli xanımlar xüsusi əda ilə yeriyir və arada hər kəsin gözü qarşısında təsbeh çəkməyi də unutmurlar.

Bəs, bu dəbdir, yoxsa inanc?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirib ki, indi hər kəs seçilməyə çalışır, fenomen olmaq istəyir:

“Bunun üçün də müxtəlif vasitələrə əl atılır. Təsbehə maraq da burdandır. Son zamanlar nəinki paytaxt küçələrində, həttə şou aləmində də təsbehli xanımlara rast gəlinir. Qəribədir ki, təsbehli xanımların sayı hər gün artır. Bununda bir neçə səbəbi var.

Xanımlar əvvəl geyimlərinin üzərinə müxtəlif uzun muncuq boyunbağı asardılar. Amma son zamanlar bu muncuqlu ipi uzun və rəngli təsbehlərlə əvəz edirlər. Bəzi xanımlarsa böyük təsbehləri byunlarına yox, qollarına taxırlar. Belə vəziyyətdə təsbehdən bir aksesuar kimi istifadə olunur”.

“Özlərini kişiyə oxşatmağa çalışırlar”

Müsahibimiz onu da qeyd edib ki, əlində təsbeh gəzdirmək və onu kişilər kimi çevirmək bir qədər fərqli məsələdir:

“Bu bəlkə də kompleksdir. Bəzi xanımlar kişiləşməyə meyl edirlər. Özlərini kişiyə oxşatmağa çalışırlar. Kişi kimi yeriyir, kişi kimi təsbeh gəzdirir və hətta kişi kimi rəqs edirlər.  Bu da yəqin ki, hormonol pozğunluqdur. Necə ki bəzi yeniyetmə oğlanlarda qadınlaşmaya maraq artıb, eləcə də bəzi qızlarda kişi kimi görünmək meyilləri güclənib”.

Gülnar Orucova xatırladıb ki, təsbehin həyatımızda hər zaman hörmətə layiq yeri olub:

“Yaşlı kişilər daha çox təsbehdən istifadə ediblər. Hətta möminlər namaz qılarkən təsbehdən istifadə edirlər. Təsbeh barədə bir inanc da var. İnsanlar hesab edirlər ki, təsbeh insanı mənfi enerjidən qoruyur. Ola bilsin ki, təsbeh gəzdirən qadınlar bu inanca sığınaraq üzərlərində təsbeh gəzdirirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO