Xaçmazda həmkəndlisini öldürən şəxs polis tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, rayonun Köhnə Xaçmaz kənd sakini, 50 yaşlı Eynulla Həsənəli oğlu Musayev barəsində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda dəhşətli CİNAYƏT – 57 yaşlı kişi QƏTLƏ YETİRİLDİ - ÖZƏL
Məlumatı DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupunun inspektoru, polis baş leytenantı Xəyal Talıbov təsdiqləyib.
Qeyd edək ki, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, 57 yaşlı Akif Mövsüm oğlu Qəribov qətlə yetirilib. Akif Qəribov bir neçə həftə əvvəl baş nahiyəsinin ağır xəsarətlərilə xəstəxanaya çatdırılmışdı.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu