Sosial şəbəkələrin erməni seqmenti Xalq artisti Firəngiz Mütəllimovanın instaqram hesabını şikayət edərək bağlatdırmaq istəyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə aktrisa özü sosial şəbəkədə məlumat verib.
Buna səbəb Xalq artistinin “Xarıbülbül” festivalından etdiyi paylaşımlar olub:
“Şuşadan etdiyim paylaşımlara görə ermənilər şikayət edib səhifəmi bağlatdırmaq istəyirlər. Xahiş edirəm, bu fürsəti o alçaqlara verməyin”,- deyə sənətkar bildirib.
Bizim.Media