Azərbaycanda həbs olunan yeniyetmələrin sayı AÇIQLANDI

Azərbaycanda həbs olunan yeniyetmələrin sayı AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda həbs olunan yeniyetmələrin sayı AÇIQLANDI

218645

2023-cü ildə məhkum olunmuş 14-17 yaşda olan uşaqların ümumi sayı 310 olub. Onlardan 153-nün azadlığı məhdudlaşdırılıb, 88-i müəyyən müddətə azadlıqdan məhrum edilib, 47-si isə şərti məhkum edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, uşaqlar arasında ən çox cinayət növü oğurluq olub.

Belə ki, 2023-cü ildə 14-17 yaşlı uşaqlar arasında 144 oğurluq qeydə alınıb.

Qeyd edək ki, 33 nəfər qəsdən sağlamlığa ağır zərər vurma, 33 nəfər xuliqanlıq, 14 nəfər qəsdən adam öldürmə, 8 nəfər seksual xarakterli zorakılıq, 11 nəfər narkotik vasitələrlərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə cinayətə cəlb olunub.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO