Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” Tibb Mərkəzində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Araşdırma zamanı həmin klinikanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:47 / 31.10.2024
"General Hospital"da QANUNSUZLUQ: Cinayət işi açıldı
Hazırda oxunan: "General Hospital"da QANUNSUZLUQ: Cinayət işi açıldı
Hazırda oxunan: "General Hospital"da QANUNSUZLUQ: Cinayət işi açıldı
218603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.