Astarada piyadanın ölümü ilə nəticələnən qəzanın təfərrüatları məlum olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın Cənub bürosuna verilən məlumata görə, oktyabrın 30-da saat 19 radələrində 1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi DAF markalı yük avtomobili ilə Astara rayonunun Pensər kəndi ərazisində piyada 1980-ci il təvəllüdlü Nazim Baxşiyevi vurub.
MÖVZU İLƏ BAĞLI:
Astarada piyadanı maşın vuraraq öldürüb
Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
Qeyd edək ki, maşınla vurulan Nazim Baxşıyev toydan çıxıb evə gedirmiş. Mərhumun həyat yoldaşı 3 il əvvəl vəfat etdiyindən o, 6 övladını təkbaşına böyüdürmüş.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu