Tibb müəssisələrində qeydiyyatdan keçən narkotik aludəçilərinin sayı artıb. Belə ki, 2023-cü ildə Azərbaycanda tibb müəssisələrində narkomaniya diaqnozu ilə 36,659 nəfər qeydiyyatda olub.
Bizim.Media Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ilk dəfə narkomaniya diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 2023-cü ildə 3,796 nəfər olub.
2022-ci ildə tibb müəssisələrində ümumilikdə 35,097 nəfər qeydiyyatda olub, onlardan 3,689-u ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınıb.
Alkoqolizmlə tibb müəssisələrində qeydiyyatda olanların sayı isə narkomaniyaya nisbətən azdır. Belə ki, 2023-cü ildə alkoqolizm diaqnozu ilə 9,595 nəfər nəfər qeydiyyatda olub, onlardan 600 nəfərinə ilk dəfə bu diaqnoz qoyulub. Öncəki illərə nisbətən alkoqolizmlə qeydiyyatda olanların və ilk dəfə bu diaqnozun qoyulduğu şəxslərin sayından azalma müşahidə olunur.
Nuray, Bizim.Media