"Minaya görə bir ayağım amputasiya olunub, iki gözüm isə görmür".
Bizim.Media xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müsahibəsi zamanı minaya düşmüş Xalid Gülməmmədov deyib.
O bildirib ki, hadisə 2020-ci il noyabrın 11-də baş verib.
"Hadisə Suqovuşanda olub. Həmin vaxtdan da iki gözüm görmür. Vətəndaşlara qəti olaraq lazım olmayan yerlərə getməməyi tövsiyə edirəm. Harada ki bayraqlar asılıb, xətt çəkilib, oraya qəti girməsinlər", - deyə o, qeyd edib.
Bizim.Media