Lənkəranda son günlərin güclü yağışları Veravulçayın daşmasına səbəb olub və bu daşqın Vilvan kəndində ciddi fəsadlar yaradıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, çay daşdıqdan sonra təbii fəlakət torpağın sürüşməsi ilə müşayiət olunaraq 10-a yaxın ailənin evlərini təhlükə altına salıb.
Sel suyu təsərrüfat sahələrinə böyük zərər vuraraq, sakinlərin min bir zəhmətlə becərdikləri meyvə və sitrus ağaclarını, parnikləri yuyub aparıb. Təxminən 15-20 metr torpaq qatı axınla sürüşərək, bəzi sahələrdən ümumilikdə 100 sota yaxın torpaq tamamilə itirilib, bu isə kənd sakinlərinin həyatına və təsərrüfatlarına ağır zərbə vurub.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:14 / 30.10.2024
Lənkəranda torpaq sürüşməsi: Evlər təhlükə altında – FOTO
Hazırda oxunan: Lənkəranda torpaq sürüşməsi: Evlər təhlükə altında – FOTO
Hazırda oxunan: Lənkəranda torpaq sürüşməsi: Evlər təhlükə altında – FOTO
218413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.